Almaniyanın Konrad Adenauer Fondunun dəvəti ilə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun başçılıq etdiyi YAP nümayəndə heyəti Almaniyada işguzar səfərdədir.
Səfər çərçivəsində YAP nümayəndə heyəti Almaniyanın hakim Xristian Demokratlar Birliyinin rəsmiləri, eləcə də Almaniya Bundestaqının bir sıra üzvləri ilə görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər haqqında geniş fikir mübadiləsi aparacaqdır. Proqrama əsasən, YAP nümayəndə heyəti fevral ayının 25-də Bundestaqın Xarici Məsələlər üzrə Komitəsinin üzvü, XDB fraksiyasının xarici siyasət üzrə sözçüsünün müavini cənab Karl – Georg Uelman, XDB partiyasının Beynəlxalq Əməkdaşlıqlar Şöbəsinin müdiri cənab Bertil Uenger, Bundestaqda XDB fraksiyasının sədrinin müavini, partiyanın idarə heyətinin üzvü cənab Mişel Fuks ilə görüşlər keçiriblər.
Qeyd edək ki, Almaniyada görüşlər başa çatdıqdan sonra YAP nümayəndə heyəti fevral ayının 27-də Brusselə səfər edəcək və burada bir sıra görüşlər keçirəcəkdir.
YAP nümayəndə heyətinə YAP-ın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov daxildir.
yap.org.az