PDF Oxu

Xəbərlər

  • 642

Nazirlik müsabiqə elan edir

Nazirlik müsabiqə elan edir

İqtisadi İnkişaf Nazirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar KİV nümayəndələri arasında "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, təqdim edilən məqalələrdə, televiziya və radio süjetlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin (sənaye, energetika, infrastruktur, kənd təsərrüfatı və s.) inkişafı üçün gördüyü mühüm işlər əks etdirilməlidir;

- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak edə bilərlər;

- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalıdır;

-Məqalələr, televiziya və radio süjetləri Azərbaycan dilində təqdim edilməlidir;

- Məqalə, televiziya və radio süjetləri Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;

- Məqalənin sonunda və ya televiziya və radio süjetlərdə "İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" sözlərindən ibarət titr qeyd olunmalıdır.

- Məqalənin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalənin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 20 aprel 2013-cü il tarixinədək İqtisadi İnkişaf Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç., 40 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cu otaq), elektron forması isə"[email protected]" poçt ünvanına təqdim edilməlidir.

- Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya və radio süjetləri İqtisadi İnkişaf Nazirliyində yaradılmış Komissiya tərəfindən 1 may 2013-cü il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir.

- Müsabiqədə iştirak məqsədilə hazırlanmış bütün məqalələr, televiziya və radio süjetlər Nazirliyin www.economy.gov.az internet saytında yerləşdiriləcəkdir.

Qeyd edək ki, qaliblərə İqtisadi İnkişaf Nazirliyi tərəfindən diplomlar və pul mükafatları təqdim olunacaq:

Birinci yer – 1 nəfər – 1000 manat;

İkinci yer – 2 nəfər – hər biri üçün 800 manat;

Üçüncü yer – 3 nəfər – hər biri üçün 600 manat;

Həvəsləndirici mükafat – 4 nəfər – hər biri üçün 400 manat.

sia.az

Digər xəbərlər