PDF Oxu

Xəbərlər

  • 692

Ukraynanın energetika və kömür sənayesi naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Ukraynanın energetika və kömür sənayesi naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Azərbaycanda səfərdə olan Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitskinin başçılıq etdiyi nümayəndə heyəti martın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə çiçək düzülmüşdür.

AzərTAc

Digər xəbərlər