PDF Oxu

Xəbərlər

  • 64

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisi öz işinə başlamışdır

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisi öz işinə başlamışdır

Martın 12-də Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) XXIV Baş Məclisi öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, mandat komissiyasının hesabatı dinlənildikdən sonra AQAC-ın sədri, Milli Məclisin deputatı Novruzəli Aslanov tədbiri açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Sonra təşkilati məsələyə baxılmış, AQAC-ın rəyasət heyəti, katibliyi, hesablayıcı komissiyası seçilmişdir.

Daha sonra baş məclisdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin təbrik məktubunu oxumuşdur.

Sonra AQAC-ın sədri, Milli Məclisin deputatı Novruzəli Aslanov hesabat məruzəsi ilə çıxış etmişdir.

Tədbirdə Cəmiyyətin ayrı-ayrı bölmələrinin hesabatları dinləniləcək, təşkilati məsələyə baxılacaqdır.

Baş məclisdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

AzərTAc

Digər xəbərlər