PDF Oxu

Xəbərlər

  • 307

Elman Nəsirli: Müxtəlif istiqamətlərdə aparılan xarici siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirib

Elman Nəsirli: Müxtəlif istiqamətlərdə aparılan xarici siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirib

"Bu gün Azərbaycanın xarici siyasətinin qarşısında dayanan və həllini tapmayan yeganə və ən ağır problem Dağlıq Qarabağ münaqişəsidir. Bu, tək xarici siyasətin deyil, bütövlükdə həllini tapmayan ən ağır və ağrılı problemdir. Xarici siyasətin qarşısında dayanan ən mühüm məsələlərdən biri də Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması məsələsidir". Bu fikirləri politoloq Elman Nəsirli deyib.

E.Nəsirli bildirib ki, son illər aparılan fəal iş sayəsində ABŞ-ın 8 ştatı, Pakistan, Meksika, Kolumbiya dövlətləri Xocalı soyqırımını tanıyıb, Rumıniya, Çexiya, Bosniya və Herseqovina parlamentləri qətnamələr qəbul edib. Onun fikrincə, bütün bunlar ölkəmizin artan gücünün, potensialının nəticəsidir.

"Azərbaycanın Avratlantik məkana inteqrasiya siyasətini prioritet istiqamətlərdən biri kimi seçib. Ölkəmizin milli təhlükəsizlik konsepsiyasında bu, mühüm istiqamətlərdən biri kimi qeyd edilib. Azərbaycan bu gün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Hesab edirəm ki, müxtəlif istiqamətlərdə aparılan xarici siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirib"- deyə, politoloq qeyd edib.

yap.org.az

Digər xəbərlər