PDF Oxu

Xəbərlər

  • 83

TürkPA nümayəndə heyəti “Gender balansının beynəlxalq təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda keçiriləcək Beynəlxalq konfransında iştirak edəcəkdir

TürkPA nümayəndə heyəti “Gender balansının beynəlxalq təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda keçiriləcək Beynəlxalq konfransında iştirak edəcəkdir

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun başçılığı ilə nümayəndə heyəti martın 18-dən 21-dək Avstraliyanın Adelaida şəhərində səfərdə olacaqdır.

TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi "Gender balansının beynəlxalq təhlükəsizliyinin təkmilləşdirilməsi" mövzusunda keçiriləcək ATƏT-Avstraliya konfransında iştirak etməkdir.

Qadınlara qarşı zorakılıqla mübarizə, qadınların terror məqsədləri üçün istifadəsinin, insan alverinin bütün formalarında istismarının qarşısının alınması və qadınların iqtisadi imkanlarının genişləndirilməsinin təşviqi konfransda əsas müzakirə mövzusu olacaqdır. Bununla yanaşı, təcrübədən keçmiş nəticələr və Asiya-Sakit Okean perspektivindən yaranan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaqdır.

Konfrans çərçivəsində Ramil Həsənov Gender balansının qorunması və qadınlara qarşı zorakılıqla mübarizədə beynəlxalq təşkilatların rolu mövzularında çıxış edəcəkdir.

TürkPA baş katibinin Türkiyənin ATƏT yanındakı daimi nümayəndəsi Tacan İldem, ATƏT-in baş katibi Lamberto Zannier və digər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri də nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər