PDF Oxu

Xəbərlər

  • 376

Enerji istehlakı artıb

Enerji istehlakı artıb

Qəbələ" Elektrik Şəbəkə (EŞ) Müəssisəsində enerjinin ötürülməsi, paylaşdırılması, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir.

"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, cari ilin yanvarında müəssisənin xidməti ərazisində 7,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 15 faizə yaxın artıb. Əhali tərəfindən istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 482 min kilovat-saat artaraq 3,1 milyon kilovat-saata yaxın olub. Ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faizə yaxın artıb.

sia.az

Digər xəbərlər