PDF Oxu

Xəbərlər

  • 75

Aydın Mirzəzadə: “İP-də hər kəs özünü vahid namizəd hesab edir”

Aydın Mirzəzadə: “İP-də hər kəs özünü vahid namizəd hesab edir”

"İctimai Palata (İP) yaranandan bu qrumdan hər hansı bir vahid namizədin olmayacağı məlum idi". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə İctimai Palatada baş verən parçalanmalara münasibət bildirərkən deyib.Onun sözlərinə görə, buna səbəb yaranan qüvvələrin hər birinin həddən artıq iddialı, eyni zamanda cəmiyyətlə deyil, ancaq özlərinin piarı ilə işləyən insanlar olmasıdır: "Bu gün artıq İP-dan 4 nəfər öz namizədliyini irəli sürüb. Seçki qabağı onların sayının artaraq İP-da olan insanların sayına bərabər olacağı şübhə yaratmır. Vahid namizəd müxalifətə yad olan bir anlayışdır. Onları vahid namizədlik deyil, seçki kampaniyası dövründə özlərini maksimum reklam etdirmək və bundan yararlanmaq maraqlandırır. Hesab edirəm ki, cəmiyyətimizin nə müxalifətin namizədlərinə, nə də onların vahid namizədlərinə heç bir ehtiyacı yoxdur. Çünki onlar cəmiyyətin maraqları ilə yaşamır. Ümumi danışıqları isə heç özlərinin tərəfdarları tərəfindən də ciddi qəbul edilmir".

sia.az

Digər xəbərlər