PDF Oxu

Xəbərlər

  • 48

Mart ayı ərzində 2,171,083 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənmişdir

Mart ayı ərzində 2,171,083 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənmişdir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları cari ilin mart ayı ərzində 2,171,083 kvadratmetr ərazini yoxlanmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləmişdir. Bu müddətdə 822 PHS, 15 ədəd tank və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilmişdir.ANAMA-nın mətbuat xidmətindən bildirmişlər ki, əməliyyatlarda 484 minaaxtaran mütəxəssis və 118 yardımçı heyət üzvü iştirak etmişdir. Əməliyyatlara 6 mexaniki mina təmizləmə maşını və 36 minaaxtaran it cəlb olunmuşdur.İndiyədək cəmi 220,458,894 kvadratmetr ərazi təmizlənmiş, 679 min 435 ədəd PHS və mina tapılıb zərərsizləşdirilmişdir.Təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər rayonlarında, eləcə də Abşeron rayonunun Kirdağ palçıq vulkanları və Qaradağ rayonunun Güzdək qəsəbəsinin ərazilərində davam etdirilir.

yap.org.az

Digər xəbərlər