Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Hadi Rəcəbli iclasın gündəliyi haqqında məlumat verdikdən sonra "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Hadı Rəcəbli bildirib ki, bu sənəd Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olub.
Qanun layihəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas məktəblərində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bununla bağlı qanunun 2-ci maddəsinə ikinci hissə əlavə ediləcək.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.
yap.org.az