PDF Oxu

Xəbərlər

  • 271

Bakıda beynəlxalq turizm sərgisi işə başlayıb

Bakıda beynəlxalq turizm sərgisi işə başlayıb

Bu gün Bakıda XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ("AITF-2013") işə başlayıb.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qeyd edib ki, sərgidə iştirakçıların sayının ildən ilə artması Azərbaycanın turizm sahəsinin inkişafının düzgün istiqamətdə olduğundan xəbər verir, ölkə hökuməti sektorun inkişafı üçün lazımi tədbirləri həyata keçirir: "Əgər 2012-ci ildə Bakıda keçirilən turizm sərgisində 28 ölkə iştirak edirdisə, bu il iştirakçı ölkələrin sayı 35-ə çatıb".

Sərgidə 35 ölkədən 250 şirkət qatılaraq öz məhsul və xidmətlərini nümayiş etdirir. Ötən illə müqayisədə sərgi iştirakçılarının sayı və ekspozisiyası 40%-dən çox artıb.

"AITF-2013" sərgisində Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misir milli stendlərlə çıxış edəcək, Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakodan olan turizm şirkətləri isə sərgidə ilk dəfə iştirak edərək öz xidmətlərini təklif edir. Eyni zamanda, sərgi çərçivəsində Azərbaycanın 21 rayonu da stendlərdə çıxış edərək məhsul və xidmətlərini nümayiş etdirir.

yap.org.az

Digər xəbərlər