Pan Ki Mun Pxenyanı provokasiyalardan uzaq durmağa çağırıb
Şimali Koreyanın dördüncü nüvə sınağına hazırlaşdığına dair xəbərlər yarımadadakı gərginliyi artırıb.
BMT-nin baş katibi Pan Ki Mun Pxenyan rejimini provokasiyalardan çəkinməyə çağırıb.
Pan Ki Mun Hollandiyanın Haaqa şəhərində verdiyi açıqlamada Şimali Koreyanın növbəti nüvə sınağının provokasiya olacağını bildirib.
Şimalın nüvə sınağı keçirəcəyini bəyan edən Cənubi Koreya isə əvvəlki açıqlamasını yumşaldıb. Daha əvvəl Şimali Koreyanın nüvə sınağı sahəsində bir hərəkətlilik müşahidə edildiyini açıqlayan Şimali Koreyanın Müdafiə Nazirliyi indi də bu sınağın yaxında olacağına dair bir əlamət olmadığını bildirib.
sia.az