MDB İcraiyyə Komitəsindən AzərTAc-a bildirmişlər ki, aprelin 15-16-da bu qurumun Belarusun paytaxtındakı mənzil-qərargahında ekspertlər 2014-2018-ci illərdə insan alveri ilə mübarizədə Birliyin iştirakçı dövlətləri arasında əməkdaşlıq Proqramının layihəsini razılaşdıracaqlar.
Aprelin 16-17-də mənzil-qərargahda 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 70-ci ildönümünün qeyd edilməsinə hazırlıqla bağlı əsas tədbirlər Planı layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.
Aprelin 16-18-də qurumun İcraiyyə Komitəsində MDB-nin iştirakçı dövlətlərinin monopoliya əleyhinə qanunvericiliyinin pozulmasının birgə araşdırılmaları üzrə Qərargahın və monopoliya əleyhinə siyasət üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcəkdir.
AzərTAc