PDF Oxu

Xəbərlər

  • 77

Ukraynanın paytaxtında GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçirilmişdir

Ukraynanın paytaxtında GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçirilmişdir

GUAM-ın Kiyevdəki mənzil-qərargahında qurumun Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 27-ci iclası keçirilmişdir. GUAM-ın Katibliyindən AzərTAc-a bildirmişlər ki, təşkilatın baş katibi Valeri Çeçelaşvili iclasda iştirak etmişdir.

İclasda ölkəmizi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi Elman Ağayev təmsil etmişdir.

İclasda qarşılıqlı siyasi münasibətlər və GUAM+ formatında əməkdaşlığa dair bir sıra məsələlər, o cümlədən GUAM-ABŞ və GUAM-Yaponiya əməkdaşlığının perspektivləri, təşkilata üzv dövlətlərin parlamentlərarası əməkdaşlığı müzakirə edilmişdir.

MƏŞ həm də təşkilat və GUAM+ çərçivəsində sahəvi əməkdaşlıq mövzularını, o cümlədən çirkli pulların yuyulması ilə mübarizə sahəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) ilə birgə həyata keçirilən layihənin gedişatı, hüquq statistikası sahəsində birgə plan, iqtisadiyyat və ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində fövqəladə hallara reaksiya göstərilməsi və onların qarşısının alınması istiqamətində əməkdaşlıq məsələlərini gözdən keçirmişdir.

AzərTAc

Digər xəbərlər