PDF Oxu

Xəbərlər

  • 120

Ziyafət Əsgərov: ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır

Ziyafət Əsgərov: ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır

"ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi artırmalıdır. Təəssüf ki, Minsk qrupunun regiona bu dəfəki gəlişi hər hansı bir yeniliklə müşahidə olunmayıb. Məsələ bu cür davam edə bilməz". Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bu məsələnin yubanması hər şeydən əvvəl Minsk qrupunun özünün fəaliyyətinə təhlükədir və zərərli haldır. Çünki cəmiyyətdə belə təəssürat yaranır ki, onlar gəlib-getməklə məşğuldurlar və heç bir iş görə bilmirlər.

"Biz dəfərlə bəyan etmişik, bu münaqişənin sülh yolu ilə həll edilməsi imkanları hələ tükənməyib. Amma görsək ki, Ermənistan ancaq imitasiya ilə məşğuldur, danışıqlar xatirinə danışıqlar aparır və yaxud danışıqlardan qaçır, əlbəttə ki, Azərbaycanın imkanları var ki, işğal olunmuş əraziləri azad etsin. Buna kifayət qəfər hərbi gücümüz var" - deyə, Z.Əsgərov vurğulayıb.

yap.org.az

Digər xəbərlər