PDF Oxu

Xəbərlər

  • 71

AGTMŞ-nın yeni ofisinin açılışı olub

AGTMŞ-nın yeni ofisinin açılışı olub

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) "Gənclər Evi"ində yerləşən yeni ofisinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, açılış mərasimində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Qulu Novruzov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP GB sədri Seymur Orucov və digər şəxslər iştirak edib. Ofislə tanışlıq zamanı məlumat verilib ki, gənclər təşkilatlarının inkişaf etdirilməsi məqsədilə "Gənclər evi"ndə kitabxana, təlim və görüş otaqları, təcrübə proqramı, PR və təşkilati dəstək, tərəfdaşlıq kimi proseslərin həyata keçirilməsi üçün otaqlar hazırlanıb.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ofislə tanışlıq zamanı bildirib ki, "Gənclər evi" gənclərin lazımi informasiyalar alacağı, yeni təşəbbüslərlə çıxış edəcəyi mərkəzə çevriləcək: "Azərbaycan gəncliyi dövlət tərəfindən ona göstərilən qayğının cavabını öz fəaliyyəti ilə verəcək, Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərinə sahib çıxacaq".

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə bildirib ki, "Gənclər Evi" bu istiqamətdə fəaliyyət göstərən təşkilatların aktivliyinin artırılması, yaradılmış imkanlar vasitəsilə təşəbbüslərin dəstəklənməsi, bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Ofislə bağlı Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində müxtəlif bölgələrdə gənclər evlərinin açılması nəzərdə tutulub: "Azərbaycanda bu cür resurs mərkəzlərinin yaradılması zəruridir və bu proses davam edəcək. Bu məkanlar gənclərin inkişafına töhfələrini verəcək".

sia.az

Digər xəbərlər