PDF Oxu

Xəbərlər

  • 166

Yevlaxda “Memarı və qurucusu Heydər Əliyev olan Azərbaycan dövləti etibarlı əllərdədir” mövzusunda məşğələlər keçirilir

Yevlaxda “Memarı və qurucusu Heydər Əliyev olan Azərbaycan dövləti etibarlı əllərdədir” mövzusunda məşğələlər keçirilir

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Memarı və qurucusu Heydər Əliyev olan Azərbaycan dövləti etibarlı əllərdədir" mövzusunda məşğələlərin keçirilməsinə başlanılmışdır.

AzərTAc xəbər verir ki, proqrama uyğun olaraq ilk məşğələlərdə Yevlax şəhər telekommunikasiya qovşağının və poçtamtın əməkdaşları iştirak etmişlər.

Tədbirdə çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini ətraflı şərh etmiş, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışmışlar.

Bildirilmişdir ki, Ümummilli Liderin siyasi xətti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilmiş, dünya birliyində öz layiqli yerini tutmuşdur.

Məşğələlər mayın 6-dək davam edəcəkdir.

AzərTAc

Digər xəbərlər