Aprelin 24-də Azərbaycan Turizm İnstitutunda (ATİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar "Müstəqil Azərbaycan və Heydər Əliyev ideologiyasının təntənəsi" mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Turizm İnstitutundan AzərTAc-a bildirmişlər ki, konfransda Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, alim və tədqiqatçılar iştirak edəcəklər. Konfransda məruzə və çıxışlar olacaq, Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş ediləcəkdir.
Tədbirdə ATİ tələbələrindən bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük biletləri, eyni zamanda əməkdaşlara institutun fəxri fərmanı təqdim olunacaqdır.
Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş əsərlərdən ibarət sərgi də nümayiş etdiriləcəkdir.
AzərTAc