PDF Oxu

Xəbərlər

  • 319

Azərbaycan ilə Fələstin arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial vardır

Azərbaycan ilə Fələstin arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial vardır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin xarici işlər naziri Riad əl-Maliki ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanı dost və qardaş ölkə adlandıran fələstinli nazir bu səfərin Azərbaycan ilə Fələstin arasında münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirmişdir.

Tərəflər ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gələrək əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışlar.

Azərbaycanın bu gün mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında böyük nüfuza malik olduğunu qeyd edən fələstinli nazir ölkəmiz tərəfindən Fələstinə göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.

Azərbaycanın regionda sülhün tezliklə bərqərar olmasının tərəfdarı olduğunu vurğulayan E.Məmmədyarov bildirmişdir ki, ölkəmiz Fələstinə dəstəyini davam etdirəcəkdir. Fələstinin beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olmağa haqqı vardır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən E.Məmmədyarov Azərbaycanın sürətlə inkişaf etdiyini və gücləndiyini, gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəyini vurğulamışdır.

yap.org.az

Digər xəbərlər