PDF Oxu

Xəbərlər

  • 147

Şahin Mustafayev: Azərbaycan adambaşına düşən xarici investisiyaların həcminə görə Şərqi Avropa və MDB regionunda liderdir

Şahin Mustafayev: Azərbaycan adambaşına düşən xarici investisiyaların həcminə görə Şərqi Avropa və MDB regionunda liderdir

"Azərbaycan adambaşına düşən xarici investisiyaların həcminə görə Şərqi Avropa və MDB regionunda liderdir". Bu fikri iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, əgər əvvəllər xarici investisiyaların həcmi yerli investisiyaların həcmini üstələyirdisə, son 5 il ərzində vəziyyət dəyişməyə başlayıb. Onun sözlərinə görə, son 10 ildə qeyri-neft sektorunun artımı ÜDM-nin real artımını 2,7 dəfə üstələyib.

"Son 5 ildə Azərbaycan iqtisadiyyatına 32 milyard dollar həcmində investisiya qoyulub, bu vəsaitdən 60 faizi qeyri-neft sektorunun payına düşüb. Hazırda Azərbaycanın özü investisiya ixrac edən ölkəyə çevrilir. Son 2 ildə qeyri-neft ÜDM-i orta hesabla ildə 10 faiz, bu ilin I rübündə isə 11,1 faiz artıb. Belə ki, cari ildə təqribən 100 sənaye obyektinin istismara verilməsi gözlənilir, 90 müəssisənin tikintisi davam etdiriləcək" - deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər