PDF Oxu

Xəbərlər

  • 122

Aydın Hüseynov: 2013-cü ilin birinci rübünün yekunları ölkəmizin iqtisadi inkişafını bir daha təsdiqləyir

Aydın Hüseynov: 2013-cü ilin birinci rübünün yekunları ölkəmizin iqtisadi inkişafını bir daha təsdiqləyir

"2013-cü ilin birinci rübünün yekunları ölkəmizin iqtisadi inkişafını bir daha təsdiqləyir. Sevindirici haldır ki, bu inkişaf hazırda qeyri-neft sektorunun hesabına baş verir". Bu fikirləri YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, qeyri-neft sektorunu inkişafı bütün istiqamətlərdə özünü göstərir. Onun sözlərinə görə, ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla həyata keçirilir. "Azərbaycan Prezidentinin fərman və sərəncamı ilə yaradılmış sənaye parkları innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsinə və sənaye istehsalının artmasına təkan verəcək. Bu parkların yaradılması iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, qeyri-neft sənayesini daha da gücləndirəcək. Dövlət başçsının sosial-iqtisadi inkişaf strategeiyasına uyğun olaraq, ölkəmizdə sənayeləşmə siyasəti uğurla davam etdirilir"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

A.Hüseynov ölkənin inkişafında uğurla icra olunan dövlət proqramlarının da əhəmiyyətini qeyd edib. O deyib ki, bu proqramlar iqtisadiyyatın inkişafına xidmət edir, normal bazar münasibətlərinin qurulması üçün münbit şəraitin yaradılması, eləcə də, görüləcək tədbirlərin ardıcıllığının və sistemliliyinin təmin edilməsi baxımından böyük önəm daşıyır. "Sabit, sürətli inkişaf məntiqinə əsaslanan iqtisadi siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir"- deyə, YAP Siyasi Şurasının üzvü bildirib.

yap.org.az

Digər xəbərlər