PDF Oxu

Xəbərlər

  • 323

“”Milli Şura”da olanların heç biri xalqdan mandat ala bilməyib”

“”Milli Şura”da olanların heç biri xalqdan mandat ala bilməyib”

"Milli Şura" kimdir ki, Milli Məclisin buraxılması barədə məsələ qaldırsın. Parlamenti Azərbaycan xalqı formalaşdırıb". Bunu açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Milli Şura"nın vahid namizədlə bağlı bu gün açıqladığı memorandumun şərtlərinə münasibət bildirərkən deyib. YAP funksioneri bildirib ki, Azərbaycan xalqı parlamentə etimad göstərdiyindən öz nümayəndələrini də seçib. ""Milli Şura"da olanların heç biri xalqdan Milli Məclisdə təmsil olunmaq üçün mandat ala bilməyib. Belə olan təqdirdə onlar parlamenti necə buraxa bilərlər? Ən yaxşı halda özlərini buraxa bilərlər", - deyə o, ironik şəkildə qeyd edib. "Milli Şura"nın vahid namizədiylə bağlı məsələnin perspektivinə isə YAP rəsmisi inanmır. "Vahid namizəd məsələsi mümkün olan şey deyil", - deyə vurğulayıb. Xatırladaq ki, "Milli Şura"nın memorandumunda 2014-cü ildə parlamenti buraxmaq nəzərdə tutulub.

Digər xəbərlər