"Xəzərin hüquqi status məsələsi və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi tamamilə fərqli məsələlərdir. Bu fikirlər erməni aventurasından başqa bir şey deyil". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli söyləyib.Onun sözlərinə görə, Xəzərin hüquqi statusu Azərbaycanla Rusiya arasında imzalanmış ikitərəfli müqaviləyə əsasən həll edilib: "Prinsip etibarilə bu mövzuda iki ölkə arasında hər hansı bir problem yoxdur. Rusiyanın bu gün irəli sürdüyü əsas iddia Xəzərdə hərbi kontingentini saxlamaqla, sərhədyanı beş dövlətdən başqa digər dövlətlərin dənizə daxil olmasının qarşısını almaqdır. Yəni, Rusiya heç bir halda istəmir ki, Xəzərdə hər hansı bir dövlətin hərbi iştirakı olsun. Bu mövzunun bu günlərdə daha çox gündəmə gətirilməsi Həştərxanda keçirilən Xəzərin hüquqi statusunun müəyyənləşməsinə dair sammitdə əldə olunan razılaşma ilə bağlıdır. Xəzər sammitində faktiki olaraq Xəzərin yekun statusunun müəyyənləşdirilməsi ilə bağlı önəmli addımlar atılıb ki, ermənilər və ermənipərəst rus politoloqlar da bundan ciddi narahat olublar".
sia.az