Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün ikinci mərhələsinə Veloparkdan start verilib.Velosipedçilər 187 kilometr məsafə qət etməklə mərhələni İsmayıllıda başa vuracaqlar.Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar "Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar. Beş gün davam edəcək yarışda 24 ölkəni təmsil edən 25 komanda mübarizə aparır.İlk mərhələdən sonra "Synergy Baku" komanda hesabında ikinci yerdədir.
AZƏRTAC