PDF Oxu

Xəbərlər

  • 142

“Bakı-2015”-də medal qazanacaq idmançılarımızla Oyunların keçirildiyi müddətdə silsilə görüşlər təşkil olunacaq Bakı-2015

“Bakı-2015”-də medal qazanacaq idmançılarımızla Oyunların keçirildiyi müddətdə silsilə görüşlər təşkil olunacaq Bakı-2015

"Bakı-2015" birinci Avropa Oyunlarında mükafatçılar sırasında yer alacaq Azərbaycan idmançıları ilə ertəsi gün Milli Olimpiya Komitəsində görüşlər təşkil olunacaq.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O qeyd edib ki, mükafatçılar sırasında yer alacaq idmançılar ailə üzvləri və dostları ilə birlikdə MOK-a dəvət olunacaq. Onlarla təşkil olunacaq görüşlərdə yerli və xarici mətbuat nümayəndələri də iştirak edəcəklər. Bu çərçivədə ilk görüş iyunun 14-də olacaq. İyunun 23-də isə həm qalib gəlmiş idmançılarla görüş keçiriləcək, həm də Beynəlxalq Olimpiya Günü qeyd ediləcək. Sonuncu görüş isə iyunun 29-da keçiriləcək.Ç.Hüseynzadə bildirib ki, görüşlərin əsas məqsədi "Bakı-2015" birinci Avropa Oyunlarının və bu mötəbər yarışda uğur qazanan idmançılarımızın geniş təbliğ edilməsidir.

AZƏRTAC

Digər xəbərlər