Türkiyə Milli Olimpiya Komitəsinin rəsmi saytı "Bakı-2015" birinci Avropa Oyunları barədə mühüm məlumatları operativ qaydada yaymaqda davam edir.Saytda yaradılmış "Bakı-2015" birinci Avropa Oyunları" bölməsində xəbərlər türk və ingilis dillərində yayılır. Oyunlarla bağlı yeniliklər, xarici media mənsublarının qeydiyyatı qaydaları, ayrı-ayrı ölkələri təmsil edəcək atletlər və s. barədə məlumatlar mütəmadi olaraq idmansevərlərə çatdırılır. Saytda, həmçinin "Bakı-2015"də Türkiyə idmançılarının iştirakına dair bütün xəbərlərlə tanış olmaq mümkündür.
yap.org.az