PDF Oxu

Xəbərlər

  • 2 533

Günay Qarayeva: Könüllülük mənim üçün geniş imkanlar açır Baki-2015

Günay Qarayeva: Könüllülük mənim üçün geniş imkanlar açır Baki-2015

Könüllü olmaqda əsas məqsədim gələcək karyeram üçün təcrübə qazanmaq, eyni zamanda, insanlarla ünsiyyət bacarığımı inkişaf etdirməkdir. Həmçinin beynəlxalq könüllülük proqramında iştirak etməklə dil səviyyəmi təkmilləşdirmək, xarici vətəndaşların həyat tərzi və adət-ənənələri ilə tanış olmaq mənim üçün çox faydalıdır.Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində "Bakı-2015" birinci Avropa Oyunlarının "Könüllülük proqramı"nın üzvü Günay Qarayeva deyib.O bildirib ki, tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi çox qürurvericidir. Mən də Azərbaycan gənci kimi, ilk Avropa Oyunlarının bir parçası olmaq istədim. Gələn qonaqlara Azərbaycanın həqiqətlərini, mədəniyyətini, tarixini və incəsənətini çatdırmaq missiyasını öz üzərimə götürdüm.Günay Qarayeva deyib: "Könüllülük mənim üçün geniş imkanlar açır. Qazandığım yerli və xarici dostlar, komanda ilə birgə işləmək bacarığı, nitq mədəniyyətinin təkmilləşdirilməsi kimi yeniliklər əldə etmiş oldum. Bilirəm ki, qazandığım bu imkanlar gələcəkdə karyerama müsbət təsir göstərəcək".

AZƏRTAC

Digər xəbərlər