PDF Oxu

Xəbərlər

  • 599

Cəmillə "Milli Şura" iki qardaşdır əziz...

Cəmillə "Milli Şura" iki qardaşdır əziz...

Cəmil Həsənliyə xüsusi ikrah hissi ilə

Havadarlar nə veribsə qapmısan,

Tay-tuşunu talamısan-çapmısan,

Dövlətçilik mövqeyindən sapmısan,

Bu halına bircə müsbət yozum yox,

Ölüvaysan, qalxmağına lüzum yox.

Önə çəkib ağlasığmaz təhrifi,

Öz adına dedirtdin "bəy" tərifi,

Çirkə basdın İsa, Əli, Arifi,

Hər bir fakta bərəldirsən gözünü,

Vahid lider bilirsən bir özünü.

Söylə Cəmil, bu nə halət, nə vərdiş?

"Şura"nı nöş Qərbə atdı tərs gərdiş?

Bir vaxt "Səs"ə eyləyirdin pərəstiş,

Yadelliyə marağın da çoxalıb,

Vicdanında xeyir əməl yoxalıb.

Hal-hazırda cibiboş bir zəlilsən,

Aləm bilir, iki gözdən əlilsən,

Mahiyyətcə içi boşsan, xəcilsən,

İnanırsan boss dediyi nağıla,

Çünki tamam gəlməmisən ağıla.

Mirzə Qərənfil

Digər xəbərlər