PDF Oxu

Xəbərlər

  • 1 040

Şahdağın hədiyyəsi! Dağ ətəyində canlı konsert!

Şahdağın hədiyyəsi! Dağ ətəyində canlı konsert!

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 22-də "Şahdağın hədiyyəsi" adlı aksiya altında Şahdağ Turizm Mərkəzində canlı konsert proqramı keçiriləcəkdir.

Mərkəzin əsas məqsədi turistlərə istənilən 3 növ yay əyləncəsindən yararlanmaq imkanı yaratmaqdır. Həmçinin qonaqları açıq havada konsert proqramı, günün sonunda isə əsrarəngiz atəşfəşanlıq gözləyir.

Biletləri Bülbül küçəsi, 26 ünvanında yerləşən Şahdağ Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü Şahdağ Turizm Mərkəzindən əldə etmək mümkün olacaq.

Məlumat üçün bildirək ki, mətbuat nümayəndələri üçün tədbir günü Şahdağ Turizm Mərkəzinə transfer təşkil olunacaqdır.

Qeyd edək ki, Şahdağ Turizm Mərkəzinə turistlərin istəyindən asılı olaraq onların gediş-gəlişini təmin etmək üçün tədbir günü komfortlu avtonəqliyyatla təmin olunacaq.

ZÜMRÜD

Digər xəbərlər