PDF Oxu

Xəbərlər

  • 4 379

Həndbol üzrə Azərbaycan kubokunun birinci mərhələsinə yekun vurulub

Həndbol üzrə Azərbaycan kubokunun birinci mərhələsinə yekun vurulub

Dekabrın 17-də həndbol üzrə Azərbaycan kuboku uğrunda ilk mərhələnin oyunlarına yekun vurulub. Azərbaycan Həndbol Federasiyasının məlumatında deyilir ki, qadın həndbolçuların yarışında “Qarabağ” komandası “Gənclər Birliyi"ni 39:26, “Nur” həndbolçuları isə “Azəryol”u 26:24 hesabı ilə məğlub edib.Kişilərin mübarizəsində "Bakı" kollektivi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrinə asanlıqla qalib gəlib - 35:22. Çempionatın lideri "Məhsul" komandası isə “Təhsil” həndbolçularını üç xal fərqlə üstələyib - 32:29.Ölkə kuboku uğrunda yarışların ikinci mərhələsinə gələn ilin mart-aprel aylarında start veriləcək.

sia.az

Digər xəbərlər