GİN 2017-ci ilin ən yaxşılarını mükafatlandırdı
Bu gün Gənclər və İdman Nazirliyi 2017-ci ilin yekunları ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman naziri Azad Rəhimov, nazir müaviqqni İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komistəsinin sədri Fuad Muradov, ADBTİA-nın rektoru Fuad Hacıyev və digərləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 2017-ci ilin yekunları ilə bağlı hesabat videoçarx nümayiş edilib.
Çıxış edən nazir A.Rəhimov 2017-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. O, gerida qalmaqda olan ildə idmançılarımızın beynəlxalq arenada çoxlu sayda medal qazandığını, ölkəmizdə dünyanın ən mötəbər beynəlxalq idman yarışlarının təşkil edildiyini vurğulayıb. Nazir ölkəmizdə keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisi və IV İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd edib. A.Rəhimov Azərbaycanda fəaliyyətə başlamış Antidopinq Agentliyinin işini yüksək səviyyədə qurduğunu vurğulayıb. O, 2017-ci ildə əldə olunmuş digər uğurlar haqqında ətraflı məlumat verib.
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə çıxış edərək Azərbaycan idmanın inkişafı haqqında danışıb. O, ölkəmizin həm fiziki, həm də intellektual cəhətdən güclü idmançılara sahib olduğunu deyib. MOK-un vitse-prezidenti şahmatçılarımızın qazandıqları uğurları önə çəkib. O, "Qarabağ" futbol klubunun da əldə etdiyi tarixi nailiyyətdən söz açıb. Ç.Hüseynzadə dövlət başçımız İlham Əlieyin MOK-un Prezidenti seçilməsindən sonra ölkə idmanının sürətlə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın həm də dünyanın ən mötəbər idman yarışlarını yüksək səviyyədə təşkil etdiyini qeyd edib. MOK-un vitse-prezidenti Azərbaycan idmanına və idmançılarına uğurlar arzulayıb.
Daha sonra 2017-ci ilin ən yaxşıları mükafatlandırılıb.
Qeyd edək ki, “Səs” İnformasiya Agentliyi 2017-ci ilin ən yaxşı informasiya agentliyi seçilib. Mükafatı agentliyin əməkdaşına ADBTİA-nın rektoru Fuad Hacıyev təqdim edib.
2017-ci ilin ən yaxşıları seçilənləri nəzərinizə çatdırırıq:
İlin ən yaxşı məşqçiləri
1.Rəşad Asif oğlu Əhmədov - Belgi Harçegani Milad( taekvando)
2. Elçin Mehdi oğlu İsmayılov - Zelim Kotsoiev(cudo)
3. Ziyad Əli oğlu Xəllfəyev - Nazim Tahit oğlu Babayev(atletika)
4. Faiq Əli oğlu Qarayev - Voleybol üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi
5 .Qurban Osman oğlu Qurbanov- “Qarabağ” Peşəkar Futbol Klubunun və Azərbaycan milli Komandasının baş məşqçisi
İlin ən yaxşı hakimləri
Fariz Adil oğlu Hüseynov (cudo)
Fuad Alxan oğluAslanov (boks)
Vuqar Sərdar oğlu Ələsgərov (atletika) Asiya oyunlarına ilk hakimimiz
İdman yarışlarıının yüksək səviyyədə təşkili və keçirilməsinə görə
Azərbaycan Voleybol Federasiyası
Bakı şəhəri Halqası Əməliyyat Şirkəti
İlin ən yaxşı federasiyası
Cudo federasiyası
İlin ən yaxşı idman təşkili
Neftçi İdman Klubu ?
Daxili İşlər Nazirliyinin idman Cəmiyyəti
Zirvə İdman Klubu ?
İlin ən yaxşı klub komandası
Qarabağ Peşəkar Futbol Klubu
İlin yekunlarına görə ilin ən yaxşı komandası
Şahmat üzrə kişilərdən ibarət yığma komanda
İlin yekunlarına görə ən yaxşı idman həkimi
Rövşən Abas oğlu ( Taekvando)
İlin ən fəal veteranı
Məryəm Baxşəli qızı Bağbanlı
İlin ən yaxşı Uşaq Gənclər İdman məktəbi
Mingəçevir şəhər Uşaq Gənclər İdman Məktəbi
İlin ən yaxşı idman qurğuları
Tovuz Olimpiya İdman Kompleksi
Şəmkir Olimpiya İdman Kompleksi
Şirvan Olimpiya İdman Kompleksi
Tofiq Bəhramov adına Respublika stadionu
İlin ən yaxşı idman verlişlərinin təşkilatçısı
Azərbaycan Televiziyası
İlin ən yaxşı informasiya agentliyi
SİA (Səs İnformasiya Agentliyi)
İlin ən yaxşı qəzet və saytlar üzrə idman jurnalisti
Sərxan Musalı (Futbol Plus qəzeti)
İlin yekunlarına görə ilin ən yaxşı media layihəsi
“İdman hamı üçün” TV layihəsi “Space” TV
İlin ən yaxşı idmançıları
1.Məhəmmədrəsul Yusup oğlu (Boks)- Dünya çempionu
2.Hacı Azər oğlu Əliyev (sərbəst güləş)- Dünya çempionu
3.Beigi Harçegani Milad (Taekvando)- Dünya çempionu, Universiadanın qalibi
4.Hidayət Minayət oğlu Heydərov (Cudo)- Dünya və Avropa çempionu
5.Bəhram Rəcəbzadə Xudaverdi (kikboksinq)-Wako üzrə Dünya çempionu
6.Stadnik Mariya Vasilyevna (Güləş)-Avropa çempionu
7.İlham Əzizağa oğlu Zəkiyev (Cudo)-Avropa çempionu,(Paralimpiya)
8. Nazim Tahit oğlu Babayev(Atletika)-23 yaşlı gənclər arasında Avropa çempionu. İslam Həmrəyliyi Oyunları və Universiadanın qalibi
9.Malkin Mixail Oleqoviç (Tamblinq)-Dünya kubokunun qalibi, ( Dünya yaş qrupu yarışlarının qalibi)
10.Şəhriyar Həmid oğlu Məmmədyarov (Şahmat)-Dünya reytinqinin 3-cü pilləsində
11.Rəşad Fərhad oğlu Sadıqov (Futbol)-“Qarabağ” futbol kamandası
12.Ruslan Vladimir Lunev( Güllə atıcılığı)-Dünya kubokunun bürünc mükafatçısı. İslam Həmrəyliyi Oyunlarının beş qat qalibi.
sia.az