Bakı karate-do akademiyasının prezidenti Vüsal Abdullazadənin təşkilatçılığı ilə Çoxmübarizəli idman Döyüş Növləri üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş açıq respublika çempionatı və birinciliyi keçirilib.SİA-nın verdiyi məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anım gününə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olmasına həsr olunan tədbir bayram əhvalda olduğundan, idman mərkəzlərindən birində deyil, "Dəniz" sarayda keçirilib. Keçirilən tədbir möhtəşəmliklə yada qalıb. Möhtəşəm yarışın Dəniz sarayda keçirilməsinə səbəb yüksək bayram-əhval ruhiyəsi, konsert proqramı həmçinin Ramazan ayı ilə bağlı qonaqların rahatçılığı idi.Təşkil olunan yarışın təntənəli açılışında Vüsal Abdullazadə Federasiya rəhbəri Vüqar Muradova məruza edib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.350 nəfər idmançı öz güclərini sınadıqdan sonra, tədbirdə iştirak edən rəsmi qonaqlar çıxışları ilə idmançılarımıza öz xeyir-dualarını verərək onlara uğurlar arzulayıblar. Fəxri qonaqlar sırasında millət vəkili Adil Əliyev, qazi Ülfət Hüseyinov və s. iştirak ediblər.Yarışda Mərkəzin idmançıları ümumi (bütün versiyalar) medal sayına görə; Hacızadə Aytac, Babaşlı Məhəmməd, Quliyev Ayxan, Maxsudlu Rza, İbayev İbrahim, Məhərrəmov Cəlal, Nağızadə Ziyəddin, Təhməzli Ali, Əzgərzadə Adil, Rüstəmov Səid, Aslanov Nurlan, Əlizadə İlkin və s. yüksək nəticə göstərərək birinci yerin, İbrahimli Nərmin və Nəzrin bacıları, Hacıyev Əsgər, Mirzəzadə Zaur, Hacıyev Vəli, Yəhyayev İntizam və s. gümüş və bürünc medallara. sahibi olublar.
2-ci yerin sahibi Göyçay komandası;
3-cü yeri isə Füzuli-Lələtəpə klubunun idmançıları nail olublar.
2 hissədən ibarət olan tədbirə sevilən ifaçılar yüksək əhval-ruhiyyə qatıblar. Yüksək səviyyədə təşkil olunan tədbir qalib olan idmançıların və fəxri qonaqların tərtif olunması ilə yekunlaşdırılıb.
sia.az