İngiltərə Premyer Liqasında 21-ci turun oyunları davam edir. SİA-nın məlumatına görə, 2-ci oyun günündə 6 görüş keçirilib."Çelsi" öz meydanında "Southempton"la bacarmayıb - 0:0. "Mançester Yunayted" səfərdə "Nyukasl"a qalib gəlib - 2:0. Bununla da, "qırmızı şeytanlar" Ole-Qunnar Sulşerin baş məşqçi təyinatından sonra keçirdiyi 4-cü oyununda da qələbə qazanıb.Qeyd edək ki, tura sabah keçiriləcək "Mançester Siti" - "Liverpul" matçı ilə yekun vurulacaq.
2 yanvar
İngiltərə Premyer Liqası, 21-ci tur
"Bornmut" - "Uotford" 3:3
Qollar: Ake, 34, Vilson, 37, Frazer, 40 - Denni, 14,27,Sema, 39
"Çelsi" - "Sauthempton" 0:0
"Haddersfild" - "Bernli" 1:2
Qollar:Munye, 33 (1:0), Vud, 40 (1:1), Barnes, 73 (1:2)
"Vest Hem" - "Brayton" 2:2
Qollar: Stefans, 56 (0:1), Daffi, 58 (0:2), Arnautoviç, 66 (1:2), 68 (2:2)
"Vulverhempton" - "Kristal Pelas" 0:2
Qollar: Ayyu, 83, Milyovejeviç, 90+4
"Nyukasl" - "Mançester Yunayted" 0:2
Qollar:Lukaku, 64, Raşford, 80
"Neft Daşları"ında ən uzunömürlü quyudan 205 min tona yaxın neft hasil edilib
"Neft Daşları" yatağındakı ən uzunömürlü quyudan indiyədək 205 min tona yaxın neft hasil edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkədəki səhifəsində qeyd edilib. Bildirilib ki, "Neft Daşları" yatağındakı 61 saylı quyu 1952-ci ildən fasiləsiz işləyir və dənizdə ən uzunömürlü quyudur. Bugünə kimi quyudan 205 min tona yaxın neft çıxarılıb. Quyu hazırda gündəlik 5 ton neft hasil edir
sia.az