Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “Xocalı soyqırımını unutmadıq!” adlı keçirilən tədbirdə deyib.
SİA-nın verdiyi məlumata görə, tədbirdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, İcra katibin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, YAP-ın fəal gəncləri və KİV nümayəndələri iştirak edib. YAP-ın sədr müavini bildirib ki, Xocalı soyqırımı ən qanlı hadisələrdən biridir: “Bir gecənin içində erməni daşnakları ölkəmizin bir şəhərinin əhalisini tamamilə məhv edib, dinc əhaliyə amansızlıqla divan tutub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. Bu dəhşətli faciə bir gecənin içində baş verib. Bu dəhşətli hadisə heç vaxt unudulmayacaq”.
İcra katibi qeyd edib ki, Azərbaycan xalqı qısasçı olmayıb, heç vaxt qisasçılıq aşılanmayıb: “Biz insanları, xüsusilə də gəncləri qisasçılığa yönəltmirik. İstəyirik, bu qətliamı törədənlər cəzalandırılsın. Qarşımızda duran vəzifə budur. Bir xalq, millət olaraq buna nail olacağıq. Biz bu faicəni dünyaya tanıtmalıyıq. Bu istiqamətdə müvafiq işlər görülüb. Zaman keçdikcə bu faciəni tanıyan dövlətlərin sayı artacaq. Bu faciəni törədənlərə insan demək olmaz. Bu soyqırımı erməni silahlı qüvvələri, onların havadarları törədib, məsuliyyəti birbaşa onlar daşıyır”.
Ə.Əhmədov vurğulayıb ki, ölkənin sərhədlərini qorumaq üçün dövlət güclü olmalıdır: “Dövlət güclü olmazsa, insanları qoruya bilməz. 1990-cı illərdə torpaqların işğalının bir səbəbi ermənilərin işğalçılıq siyasəti idisə, digər səbəb isə dövlətin zəif olması idi”. “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Qeyd edib ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür. Sonda hadisə şahidləri, gənclər çıxış edərək faciə haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Ceyhun Rasimoğlu