Xəbərlər

  • 5 254

"Bolonya" "Parma"nı, "İnter" "Kyevo"nu məğlub edib

image

Futbol üzrə İtaliya A Seriyasında 36-cı tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə 2 görüş keçirilib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "İnter" autsayder "Kyevo"nu sınağa çəkib və 2:0 hesabı ilə qalib gəlib. "Neradzurra" bu qələbə ilə 3-cü pilləyə yüksəlib.Digər oyunda isə "Bolonya" "Parma"nı 4:1 hesabı ilə məğlub edib.Qeyd edək ki, 33-cü turda çempionluğunu rəsmiləşdirən "Yuventus" 89 xalla turnir cədvəlinə başçılıq edir. "Napoli" 76 xalla 2-ci, "İnter" 66 xalla 3-cü, "Atalanta" 65 xalla 4-cü, "Milan" 62 xalla 5-cidir.

13 may
"Bolonya" - "Parma" 4:1
Qollar: Orsolini, 52; Sepe, 9-avtoqol, Lyanko, 72, Sierralta, 84-avtoqol, - İnqlese, 81
"İnter" - "Kyevo" 2:0
Qollar: Politano, 39, Perişiç, 86

sia.az

Digər xəbərlər