Xəbərlər

  • 5 936

İtaliya çempionatı: 3 və 4-cü yerlərin sahibləri son turda bilinəcək

image

Futbol üzrə İtaliya çempionatında 37-ci turun matçları davam edir.SİA-nın məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma keçirilib.Turun mərkəzi görüşndə “Napoli” evdə əzəli rəqibi “İnter”i 4:1 hesabı ilə məğlub edib.Çempion "Yuventus" isə evdə 4-cü yer uğrunda mübarizə aparan "Atalanta" ilə heç-heçə edib - 1:1. Çempionlar Liqasında oynamağı hədəfləmiş "Milan" isə "Frasinone" üzərində qələbə qazanıb – 2:0

"Kyevo" - "Sampdoriya" - 0:0

"Empoli" - "Torino" - 4:1
Qollar: A. Akua, 27, (1:0), İ. Falke, 56 (1:1), M. Brigi, 65 (2:1), C. Di Lorenso, 71 (3:1), F. Kaputo, 88 (4:1)

"Parma" -"Fiorentina" - 1:0
Qol: Gerson, 80-avtoqol

"Milan" - "Frasinone" - 2:0
Qollar: K. Pyotek, 57 (1:0), Suso, 66 (2:0)

"Yuventus" - "Atalanta" - 1:1
Qollar: Y. İliçiç, 33 (0:1), M. Mancukiç, 80 (1:1)

"Napoli" - "İnter" - 4:1
Qollar: P. Zelinski, 16 (1:0), D. Mertens, 61 (2:0), F. Ruiz, 71 (3:0), 78 (4:0), M. İkardi, 81-penalti (4:1)

Qeyd edək ki, turnir cədvəlinə 90 xalla çempionluğu vaxtından əvvəl təmin etmiş "Yuventus" başçılıq edir. İkinciliyi bir neçə tur əvvəl təmin etmiş və 79 xala malik "Napoli" 2-cidir. Eyni - 66 xala sahib "Atalanta" 3-cü, "İnter" 4-cü sırada qərarlaşıb. Beşinci pillədəki "Milan"ın 65, 6-cı sıradakı "Roma"nın 63 xalı var.Tura sabah mayın 20-də keçiriləcək “Latsio”-“Bolonya” oyunu ilə yekun vurulacaq.

sia.az

Digər xəbərlər