Xəbərlər

  • 4 022

26-cı şahmat festivalına yekun vurulub

image

Əbu-Dabidə keçirilən 26-cı şahmat festivalı çərçivəsində blits turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni beynəlxalq usta Aydın Süleymanlı (2309) göstərib. Təmsilçimiz 11 turdan 8 xal toplayaraq doqquzuncu pillədə qərarlaşıb. Bu, 14 yaşlı şahmatçımız üçün yaxşı nəticədir. Çünki yarışın yekunlarına görə ilk onluqda reytinqi 2500-dən yuxarı olan qrossmeysterlər qərarlaşıblar.Atilla Eynullayev (1937) 6,5 xal, Altay Eynullayev (2174) 6 xal qazanıblar.Blits turnirinin qalibi 9,5 xal toplayan iranlı qrossmeyster Parham Maqsudlu (2729, İran) olub.

sia.az

Digər xəbərlər