Xəbərlər

  • 4 357

Xocalı soyqırımından bəhs edən film çəkilir

image

“Xocalıya Ədalət” kompaniyası zamanın tələbidir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün birinci qrant müsabiqəsinin qalib olmuş “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Xocalı soyqırımına həsr olunmuş “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filminin hazırlanması başa çatır.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunan sənədli televiziya filmi Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımının bütün dünyaya tanıdılması və bu soyqırıma beynəlxalq təşkilatlar tərəfindən siyasi, hüququ qiymət verilməsi məqsədini daşıyır.

Layihənin koordinatoru, “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimova, filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə İsmayıl Musayevdir.

Digər xəbərlər