Xəbərlər

  • 4 394

Türkiyə millisinin keçmiş qapıçısı məşqçiliyə başlayıb

image

Bir neçə gün əvvəl futbolçu karyerasını başa vuran "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl məşqçiliyə başlayıb.SİA xəbər verir ki, 37 yaşlı veteran qolkiper 17 il çıxış etdiyi "Fənərbaxça"nın məşqçilər korpusunda yer alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Türkiyə millisinin sabiq üzvü İstanbul təmsilçisinin ötən gün keçiriən məşqində baş məşqçi Ersun Yanal tərəfindən komanda üzvlərinə təqdim olunub. Volkanın baş məşqçinin köməkçilərindən biri kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.

sia.az

Digər xəbərlər