Xəbərlər

  • 8 299

İspaniya superkubokunun sahibi bəlli oldu - YENİLƏNİB

image

Bu gün İspaniya superkubokunun sahibi bəlli olub.SİA xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən həlledici oyunda Madridin “Real” və “Atletiko” klubları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan (4:1) Zinəddin Zidanın komandası fəxri mükafata sahib çıxıb.Bununla da "Kral klubu" tarixində 11-ci dəfə superkubokun qalibi olub.“Real” yarımfinada “Valensiya”nı, “Atletiko” isə “Barselona”nı məğlub etmişdi.

12 yanvar

İspaniya superkuboku

22:00.”Real” (Madrid) – “Atletiko” (Madrid) - 0:0 (Penaltilər seriyası - 4:1)
Ciddə.”Kral Abdullah” stadionu

sia.az

Digər xəbərlər