Badminton üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Fransanın Lyeven şəhərində yerləşən “Arena Stad Kuver”də ilk məşqini keçirib. SİA-nın məlumatına görə, komandamızın daha bir məşqi sabah nəzərdə tutulur.Millimiz Avropa çempionatında qrupda ilk oyununu İslandiya yığmasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
sia.az