Xəbərlər

  • 8 864

Şahmatçımız festivalın qalibi olub

image

Azərbaycanın gənc şahmatçısı Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalında parlaq qələbəyə imza atıb. SİA-nın məlumatına görə, festivalın güclü A turnirində 9 turdan 6,5 xal toplayan Aydın Süleymanlı festivalın qalibi olub.Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə üçüncü yeri tutub. A turnirində digər şahmatçımız Vüqar Əsədli 6 xalla altıncı pillədə qərarlaşıb.Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə 6,5 xalla dördüncü olub.

sia.az

Digər xəbərlər