Xəbərlər

  • 9 885

MMA döyüşçülərimiz Gürcüstanda medal qazanıb

image

Gürcüstanın Rustavi şəhərində qraplinq, K-1 və MMA üzrə beynəlxalq turnir keçirilib.SİA-nın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Azərbaycan Budo Döyüş Növləri Federasiyasının (ABDNF) idmançıları MMA versiyası üzrə qüvvələrini sınayıblar. Onlardan Nurəli Novruzov (40 kq), Təbriz İsaqov (50 kq), Malik Əhmədov (55 kq), Rauf Tapdıqlı (60 kq) və Nihat Nəsibov (70 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımız - Elşən Əliyev (65 kq) və Pərviz Kərimli (60 kq, K-1) finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.Turnirdə Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya idmançıları iştirak ediblər.Qeyd edək ki, döyüşçülərimiz yarışda ABDNF-in baş hakimi Ceyhun Hacıyevin rəhbərliyi altında mübarizə aparıblar.

sia.az

Digər xəbərlər