YAP Nəsimi rayon təşkilatı ərazi ilk partiya təşkilatları ilə növbəti videokonfrans keçirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı koronovirus pandemiyasını nəzərə alaraq tədbirlər planının əksəriyyətini videokonfranslar vasitəsi ilə keçirir.

Rayon təşkilatı öncədən hazırlanmış qrafik əsasında bir neçə gündür ki, Nəsimi rayon üzrə fəaliyyət göstərən ərazi ilk partiya təşkilatlarının üzvlərinin iştirakı ilə videokonfranslar keçirib. Videokonfransda müzakirə edilən əsas mövzular YAP üzvlərinin koronovirusla mübarizədə rolu, məsuliyyəti və vəzifələri, eləcə də koronovirus pandemiyası dövründə rayon təşkilatının fəaliyyətini əhatə edir.
Növbəti videokonfrans da YAP Nəsimi rayon təşkilatının üç ərazi ilk partiya təşkilatı ilə keçirilib. Hər üç videokonfransı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı aparıb.
MİDA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Maliyyə Nazirliyi üzrə ərazi ilk partiya təşkilatlarının üzvləri videokonfransda önəmli təkliflərlə çıxış ediblər.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı koronavirus pandemiyası dövründə YAP Nəsimi rayon təşkilatının məsuliyyəti və vəzifələrindən geniş danışıb.

yap.org.az