Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünə yekun vurulub

Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.SİA xəbər verir ki, mövsümün yekunlarına görə “Yuventus” çempion olubsa, “İnter” gümüş, “Atalanta” bürünc medallarla kifayətlənib.Bu komandalarla yanaşı, 4-cü olan “Latsio” da UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb. “Roma” və “Milan” Avropa Liqasında mübarizə aparacaq.

Son üç pillədə yer alan “Leççe”, “Breşiya” və SPAL isə elita ilə vidalaşıb.
İtaliya A Seriyası
38-ci tur
2 avqust
SPAL – Fiorentina 1:3
Qol: D`Alessandro, 39 – Dunkan, 30. Kuame, 89. Pulqar, 90+4-pen.
Bolonya – Torino 1:1
Qol: Svanberq, 18 – Zaza, 66.
Cenoa – Verona 3:0
Qol: Sanabriya, 13; 25. Romero, 44.
Leççe – Parma 3:4
Qol: Barak, 40. Mekkaryello, 45. Lapadula, 69 – Lusioni, 11-öz qapısına. Kaprari, 24. Kornelius, 52. İnqlese, 67.
Sassuolo – Udineze 0:1
Qol: Okaka, 53.
1 avqust
Breşiya – Sampdoriya 1:1
Qol: Torreqrosa, 49-pen – Leris, 41.
Milan – Kalyari 3:0
Qol: Klavan, 11-öz qapısına. İbrahimoviç, 55. Kastilyexo, 57.
Atalanta – İnter 0:2
Qol: D`Ambrosio, 1. Yanq, 20.
Yuventus – Roma 1:3
Qol: İquayn, 5 – Kaliniç, 23. Perotti, 44-pen; 52.
Napoli – Latsio 3:1
Qol: Ruis, 9. İnsinye, 54. Politano, 90+3 – İmmobile, 22.

sia.az