Xəbərlər

  • 4 289

Çempionlar avto yürüşü 2022-ci ildə keçiriləcək

image

Çempionlar avto yürüşü 2022-ci ildə İsveçdə təşkil olunacaq.SİA-nın məlumatına görə, mötəbər yarış yanvarda “Pite Havsbad” kompleksinin qarlı trasında keçiriləcək.Yarışın prezidenti Fredrik Conson deyib: “Yarış adətən dünyada məşhur idman qurğularında baş tutur. Yürüş Pekindəki Olimpiya Stadionunda, Parisdə “Stad de Frans”da, Londonda Uembli stadionunda uğurla təşkil olunub. Böyük məmnuniyyətlə bildirmək istərdim ki, növbəti yarışımız İsveçdə baş tutacaq.“Biz çalışırıq ki, dünyanın ən məşhur pilotlarına mürəkkəb konfiqurasiyalı traslar təqdim edək. İsveçdə təşkil olunacaq yarış özünəməxsusluğu ilə digərlərindən fərqlənəcək”, - deyə F.Conson əlavə edib

sia.az

Digər xəbərlər