Xəbərlər

  • 4 267

Serxio Aquero komandasından ayrılacaq

image

İngiltərənin "Mançester Siti" futbol klubunun argentinalı hücumçusu Serxio Aquero 2020/21 mövsümünün sonunda müqaviləsinin bitməsi səbəbindən komandadan ayrılacaq. SİA-nın məlumatına görə, bu barədə "Mançester Siti"nin mətbuat xidməti bildirib. Klub 32 yaşlı futbolçunun getməsi ilə bağlı mayın 25-də keçiriləcək "Everton"a qarşı son ev oyununda tədbirlər keçirməyi planlaşdırır. Qeyd edək ki, S.Aquero "Mançester Siti"yə 2011-ci ildə İspaniyanın "Atletiko" klubundan keçib.

sia.az

Digər xəbərlər