Xəbərlər

  • 2 953

“Beşiktaş” çətin “Sivasspor” səfərindən 1 xalla dönüb, “Rizəspor” qələbə qazanıb

image

Futbol üzrə Türkiyə Super Liqasında 36-cı tura start verilib.SİA xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib.Autsayderlər qrupunda yer alan “Gənclərbirliyi” səfərdə “Kayserispor”un qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Rizəspor” “Konyaspor”u qəbul edib. Səkkiz qolluq bu görüşdə meydan sahibləri qələbəni bayram ediblər. “Fatih Karagümrük” “Göztəpə” ilə ev oyunundan heç-heçə ilə ayrılıb. Lider “Beşiktaş” isə çətin “Sivasspor” səfərindən 1 xalla dönüb.

Türkiyə Super Liqası
36-cı tur
20 aprel
Kayserispor – Gənclərbirliyi 2:2
Qol: P.Enrike, 39. İ.Parlak, 80 – Piris, 46. Stanku, 50.
Rizəspor – Konyaspor 5:3
Qol: Cokoviç, 21. Mixalak, 27. Remi, 68. Samudio, 74. A.Demirbağ, 82-öz qapısına – Gilyerme, 6. Çikalleşi, 12. Kravets, 86..
Fatih Karagümrük – Göztəpə 1:1
Qol: M.Edrinc, 32 – B.Emir, 84.
Sivasspor – Beşiktaş 0:0
Hatayspor – Antalyaspor 3:2
Qol: Bupendza, 19; 68. Diuf, 55-pen – Amilton, 46. Fredi, 86.
21 aprel
17:00 Ankaragücü – Dənizlispor
17:00 Ərzurumspor – Yeni Malatyaspor
20:00 Qalatasaray – Trabzonspor
22 aprel
17:00 Alanyaspor – Qaziantep
20:00 Kasımpaşa – Başakşəhər

sia.az

Digər xəbərlər