Xəbərlər

  • 3 366

“Bavariya” və “Ayntraxt”dan ev qələbəsi

image

Futbol üzrə Almaniya Bundesliqasında 30-cu tura start verilib.SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.Açılış matçında “Köln” doğma meydanda “Leypsiq”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəni bayram ediblər.Lider “Bavariya” bu turda “Bayer”i sınağa çəkib. Münhen təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. “Ayntraxt” da “Auqsburq”la ev oyununda 2 cavabsız qola sevinib. “Şalke” isə bu dəfə “Arminiya” ilə səfər oyununda xalsız qalıb.Turun “Herta” – “Frayburq” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının çox olması səbəbindən təxirə salınıb.

Almaniya Bundesliqası
30-cu tur
20 aprel
Köln – Leypsiq 2:1
Qol: Hektor, 46; 60 – Haydara, 59.
Bavariya – Bayer 2:0
Qol: Şupo-Motinq, 7. Kimmix, 13.
Arminiya – Şalke 1:0
Qol: Klos, 50.
Ayntraxt – Auqsburq 2:0
Qol: Hinteregger, 37. A.Silva, 58.
21 aprel
22:30. Ştutqart – Volfsburq
22:30. Hoffenhaym – Borussiya (Mönhenqladbax)
22:30. Verder – Maynts
22:30. Borussiya (Dortmund) – Union Berlin

sia.az

Digər xəbərlər