PDF Oxu

Xəbərlər

  • 3 475

YAP Qaradağ rayon təşkilatının fəalları şəhid və qazi ailələrini ziyarət ediblər - FOTOLAR

YAP Qaradağ rayon təşkilatının fəalları şəhid və qazi ailələrini ziyarət ediblər - FOTOLAR

Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və BOS SHELF şirkətinin dəstəyi ilə YAP Qaradağ rayon təşkilatının fəalları rayon ərazisində yaşayan Vətən Müharibəsi şəhid və qazi ailələrini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, rayon təşkilatının fəalları şəhid və qazi ailələrinin vəziyyəti ilə maraqlanıb, onlara qəhrəman oğul böyütdüklərinə görə təşəkkür ediblər.

Bildirilib ki, Azərbaycan xalqı öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir, hər zaman onların bu igidliyini uca tutacaqdır.

Şəhid və qazi ailələri göstərilən diqqətə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, şəhid və qazi ailələrinə maddi yardım və ərzaq yardımı göstərilib.

Digər xəbərlər